Növbəti köç karvanı Xocalı şəhəri və Ballıca kəndinə çatıb, açarlar təqdim edilib 

1 Min Read

Xocalı şəhərinə və Ballıca kəndinə köçürülən ailələrə evlərin açarları təqdim edilib. 

“Report”un Xocalıya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, ailələrə daimi yaşayacaqları evlərin açarları təqdim olunub. Bu mərhələdə Xocalı şəhərinə 8 ailə (29 nəfər), Ballıca kəndinə isə 1 ailənin (5 nəfər) köçü həyata keçirilib. 

Bu mərhələdə 34 Xocalı sakini öz doğma torpağına qayıdıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti  və İdarərtmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, ailələr Xocalı şəhəri və Ballıca kəndində dövlətin dəstəyi ilə inşa edilən, tam təmirli evlərə yerləşdiriləcək. Burada onlar üçün hər cür şərait yaradılıb – su, işıq, qaz, internet bağlantısı, məktəb, tibb məntəqəsi və digər sosial infrastruktur artıq istifadəyə verilib.

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version