Aprel 28, 2025
Mətbuat pr 32, Bakı
İdman

“O duruş “Qarabağ”ın əsalətindəndir” – Tahir Gözəl

=“247press”in əldə etdiyi məlumata görə, “Qarabağ” Premyer Liqanın 32-ci turunda “Sabah”la matçda 1:1 hesablı heç-heçə etdikdən sonra sona 4 tur qalmış ölkə çempionu olub.

“247press” xəbər verir ki, oyundan sonra “Qarabağ”ın prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb:

– Çətin və eyni zamanda gözəl bir çempionat oldu. Hər il çempionatın keyfiyyəti artır. Hakimlərimizdən razıyam. “Qarabağ” hər il gücləndiyini bir daha sübut etdi. Avropadakı uğursuzluğumuzdan sonra bu çempionluq bizi çox sevindirdi. “Sabah” yaxşı oyun nümayiş etdirdi. Sona qədər mübarizə apardılar. Gələcəyimiz bəxtimizdən asılıdır. Püşkatmadan hansı komandaların çıxacağını görəcəyik. Hamıya məlumdur ki, mənimlə Qurban hocanın arasında güclü mənəvi birlik var. O, bizim hər zaman yanımızda olduğumuzu bilir. Sponsorumuz daima dəstək verir. Məşqçimizin istəyəcəyi futbolçulara tam dəstəyik. “Sabah”la kubokun final matçı olacaq. O matçdan sonra, Qurban hocayla futbolçuların gedişi və yeni futbolçuların alınması barədə müzakirələrimiz olacaq. Çempionlar Liqasında varlığımız bizim üçün müsbət bir haldır. Mən komandaya birbaşa hədəf qoymuram. Onlar özləri bilirlər ki, məqsədimiz Azərbaycana ilham verən bir oyun sərgiləməkdir.

– Bildiyiniz kimi, çempionatda legioner limiti ləğv edilib. “Qarabağ” Çempionlar Liqasında oynayacaq, buna görə transferlər lazımdır. Limitin ləğvi sizin transfer planlamanıza təsir edəcəkmi?

– Düşünürəm ki, limitin ləğvi qısa müddətdə bizə kömək edir. Mən Azərbaycan futbolunu sevən biri kimi, uzun müddətli inkişafı dəstəkləmək üçün limitin ləğvini dəstəkləmirəm. Ancaq uşaqlar futboluna daha çox diqqət göstərəcəyik.

– Premyer Liqaya növbəti mövsüm yüksələn komandalar var, 12 komandanın olacağı məlumdur. Bölgə klublarının infrastrukturunu nəzərə alaraq, çətinlik yarada biləcəyini düşünürsünüzmü?

– İnfrastruktur barədə tam məlumatım yoxdur. Ancaq 12 komanda olacaqsa, infrastruktur da inkişaf etməlidir.

– Oyundan sonra paltardəyişmə otağında futbolçulara nə dediniz?

– 1-2 dəqiqə xoşbəxtlikdən özümə gələ bilmədim. Hamısını qucaqladım, öpdüm və bir-birini təbrik etdim. Bu, bizim üçün böyük bir sevinc idi.

– Siz sevincinizi büruzə versəniz də, komanda meydanda çox sevinmədi. 12-ci çempionluq buna səbəbmidir?

– O duruş “Qarabağ”ın əsalətidir. Təbii ki, futbolçular da sevinirdi. Öz aramızda bunun bayramını keçirdik.

– Azərbaycan kubokunda “Sabah”la keçirəcəyiniz matçla bağlı düşüncələriniz?

– Bilirəm ki, “Sabah” həmin oyuna çox güclü hazırlaşacaq. Onların avrokuboklara getmək üçün son şansıdır. Bu matçın “şirlərin savaşı” olacağına inanıram.

– AFFA-nın inkişaf strategiyası ilə tanışsınızmı?

– Xeyr.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video