“Mən çox xoşbəxtəm ki, ulu öndərin heykəlini hazırlamışam. Bir ilə həmin heykəli ərsəyə gətirdim”.
Məlumata görə, bu fikirləri jurnalistlərə açıqlamasında Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edən, ulu öndərin heykəlinin müəllifi, məşhur heykəltaraş, Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarov deyib.
O qeyd edib ki, Heydər Əliyevlə həmişə yaxın olub:
“Onun ən böyük arzusu rəssam olmaq idi. Həmin dövrdə Rəssamlıq Akademiyası olmadığı üçün Sənaye İnstitutunun memarlıq fakültəsinə qəbul olub. İki il orada oxudu, daha sonra əsgərliyə getdi”.
Məhərrəm Əliyev