PAŞA Sığorta, 28 apreldən etibarən, Tam KASKO sığortası çərçivəsində müxtəlif avtomobil markaları üçün xüsusi kampaniyalar elan edəcək.
“Kampaniya çərçivəsində, 28 aprel-5 may 2025-ci il tarixlərində Hyundai markalı avtomobillər üçün sığorta haqqı 500 AZN və daha yüksək qiymət aralığında 30% endirim təqdim olunacaq. Bu kampaniya yalnız 1 illik KASKO sığortası əldə etmək istəyən yeni müştərilər üçün keçərlidir və istehsal ili 2009 və daha sonrakı “Hyundai” avtomobilləri üçün uygundur.
Kampaniya haqda ətraflı məlumat üçün 7000 Sığorta Məsləhətləri xəttinə zəng edə və ya buradan onlayn müraciət edə bilərsiniz. Həmçinin, PAŞA Sığorta’nın rəsmi Facebook səhifəsindən və Instagram səhifəsindən də məlumat əldə etmək mümkündür.
Hazırda qeyri-həyat sığorta sektorunda bazar payına görə lider olan bu şirkət 2006-cı ildən fəaliyyət göstərir və “PAŞA Holding” qrupunun bir hissəsidir. 700,000-ə yaxın müştəriyə 36 növ sığorta xidməti təqdim edir. Beynəlxalq reytinq agentliyi "S&P Global Ratings", PAŞA Sığorta’nın uzunmüddətli kredit reytinqini "BB+" səviyyəsində təsdiq edib. Şirkət, sığorta yığımlarının həcmi, sığorta ödənişləri və digər göstəricilərə görə sektorun ən iri şirkətlərindən biridir.
Leave feedback about this