Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Rusiya sərhədinə yaxın ərazilərdə Kalininqrad bölgəsinin ələ keçirilməsi və nüvə arsenallarına qarşı qabaqlayıcı zərbələrin endirilməsi ssenariləri ilə təlimlər keçirir. Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev, “Ardıcıl ikinci ildir ki, NATO sərhədlərimiz yaxınlığında son onilliklərin ən böyük təlimlərini keçirir” deyərək, bu ssenarilərin Vilnüsdən Odessaya qədər geniş bir ərazidə tətbiq edildiyini bildirib. O, habelə Baltik və Qara dənizlərdə gəmiçiliyin qarşısının alınması və Rusiya nüvə bazalarına zərbələrin endirilməsi ilə bağlı planların yer alacağını qeyd edib.
Mənbə

Region
Leave feedback about this