247Press – Azərbaycan Xəbər Portalı Blog Siyasət Pezeşkian Bibiheybət məscidini ziyarət edib – Fotolar
Siyasət

Pezeşkian Bibiheybət məscidini ziyarət edib – Fotolar

Pezeşkian Bibiheybət məscidini ziyarət edib 
							
 - Fotolar

İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bibiheybət məscidini ziyarət edib.

Ali qonağı, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qarşılayıb.

İran Prezidentinə Bibiheybət məscidi haqqında məlumat verilib. Bu məscid, Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsi olaraq, XIII əsrdə Mahmud ibn Səd tərəfindən yeddinci imam Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Məhəmməd (s) peyğəmbərin nəslindən olan Həkimə xanımın məzarı burada yerləşdiyi üçün bu yer tarixən müqəddəs sayılıb. Məscidin tikilməsi ilə burası insanların ziyarətgahı və ibadətgahı halına gəlib.

Məscidin keçmiş SSRİ dövründə dinə qarşı aparılan mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdıldığı qeyd olunub. Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra məscidlərin bərpasına başlanılıb. Məscidin yenidən tikilməsi Ulu Öndər Heydər Əliyevin, kompleks formasının yaradılması isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məscidin bərpa işləri, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğu da vurğulanıb.

İran Prezidenti Həkimə xanımın ziyarətgahını baş çəkib və fəxri qonaqlar üçün ziyarət kitabına ürək sözlərini yazıb.

Çay süfrəsi arxasında səmimi söhbət edən İran Prezidenti Məsud Pezeşkian və şeyxülislam Allahşükür Paşazadə bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.

Mənbə

Exit mobile version