Bu gün paytaxtın Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, Qala yolunda 90-MV-949 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil idarəemədən çıxaraq aşıb.
Bildirir ki, sürücü qarşısına qəfil çıxan piyadanı vurmamamq üçün manevr edib və nəqliyyat vasitəsi metal maneəyə çırpılaraq çevrilib.
Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.