Prezidenti kövrəldən uşaqlar…

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
2 Min Read

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər. Açılışa həsr olunan konsert proqramı zamanı olduqca həssas anlar yaşanıb.

Belə ki, balaca xanəndələrin “Qarabağ şikəstəsi” ifa etməsi Prezident İlham Əliyevi kövrəldib. Bu zaman dövlət başçısı onları ayaq üstə alqışlayıb.

Məlumata görə, bu məqamda həmin uşaqlarla bağlı əldə olunan bir sıra maraqlı məqamlar var.

“Qarabağ şikəstəsi”ni oxuyan Əhəd Ağayev, Türrə Hüseynova və Rüfət Axundov Müşfiqabad qəsəbəsində Məcburi Köçkün şəhərciyində yerləşən Gülablı kənd Uşaq Musiqi Məktəbinin şagirdləridir.

Əhəd Ağayev xanəndəlik ixtisası üzrə üçüncü, Türrə Hüseynova ikinci, Rüfət Axundov isə beşinci sinif şagirdidir. Əhədlə Türrənin müəllimi Humay Məmmədova, Rüfətə isə bu peşənin incəliklərini öyrədən Habil Məmmədovdur. Rüfət Axundov daha öncə Şuşa məktəbində Murad Abduləzimovdan xanəndəliyin sirlərini öyrənib.

2015-ci il təvəllüdlü Əhəd və 13 yaşlı Türrə Ağdam rayonundan, Rüfət isə Şuşadandır.

Bu uşaqların musiqiyə necə gəldiyi barədə məlumatda danışan Humay Məmmədova bildirib:

“Əhəd onda balaca idi. Qohumu dedi ki, belə bir uşaq var, gətirim görün onun səsi var? Baxdım ki, körpədir, amma səsi var. Bir il hazırlaşdım, indi üçüncü sinfdə oxuyur. Əhədin balaca bacısı Nigarın da qəşəng səsi var.

Türrənin musiqiyə gəlişi isə anasının sayəsində olub. Valideyninin istəyi ilə onun da səsini yoxladıq, gördük ki, bacısı Əsnadla birgə gözəl səs sahibidirlər. Onu da deyim ki, Türrə ilə Əsnadın anasının da gözəl səsi var.”

Emin Səfərov

Mənbə

Share This Article
Follow:
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version