Rusiya Prezidenti Vladimir Putin Volqoqrad beynəlxalq hava limanına “Stalinqrad” tarixi adının verilməsi barədə fərman imzalayıb. Bu barədə Kremlin mətbuat xidmətinin məlumatına görə, fərmanda qeyd olunur ki, “1941–1945-ci illər Böyük Vətən Müharibəsində sovet xalqının Qələbəsinin əbədiləşdirilməsi məqsədilə Volqoqrad beynəlxalq hava limanına ‘Stalinqrad’ tarixi adının verilməsi qərara alınır”.
Stalinqrad döyüşü İkinci Dünya Müharibəsinin ən mühüm dönüm nöqtələrindən biri sayılır və bu adın hava limanına verilməsi simvolik əhəmiyyət daşıyır.
Mənbə
Leave feedback about this