Aprel 30, 2025
Mətbuat pr 32, Bakı
Qərbi Azərbaycan Xronikası: Basarkeçərdə yerləşən dağ necə erməniləşdirildi?
Daxili siyasət

Qərbi Azərbaycan Xronikası: Basarkeçərdə yerləşən dağ necə erməniləşdirildi?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimov Baku TV-də “Basarkeçərdə yerləşən dağ necə erməniləşdirildi?” adlı süjet hazırlayıb. Süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Atcar, Auş, Axarbaxar, Axdala, Axdərə, Axnçı, Axsaxlı toponimləri haqqında danışılır.

Ermənilər tarix boyunca Qərbi Azərbaycan ərazisindəki oğuz türklərinin mədəni irsini öz adlarına çıxaraq saxta keçmiş yaratmağa çalışıblar. Süjetdə vurğulanır ki, “bu saxtalaşdırma ermənilərin özlərini aldatmaqdan başqa bir əməl deyil” və toponimlərin Azərbaycan xalqına aid olduğunu sübut edən kifayət qədər tarixi məlumat vardır.

Layihənin məqsədi tarixi torpaqlarımızın adını yaşatmaq, azərbaycanlıların deportasiyası, orada mövcud olmuş amma adı silinmiş toponimlərin və mədəniyyət nümunələrinin üzə çıxarılmasıdır.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video