“Qarabağ” avrokuboklarda iştiraka görə 12.2 milyon avro gəlir əldə edəcək

1 Min Read

“Qarabağ” 2024/2025 mövsümündə avrokuboklarda iştiraka görə 12 milyon avrodan çox gəlir əldə edəcək.

Futbol klublarının 2024/2025 mövsümündə avrokuboklarında iştiraka görə UEFA-dan alacaqları pul mükafatlarının məbləğləri açıqlanıb.

“Qarabağ”ın əldə edəcəyi gəlir isə 12,2 milyon avro göstərilib.

Siyahıda ilk iki pillədə müvafiq olaraq PSJ (Fransa) və “İnter” (İtaliya) yer alıb. Hər iki klub UEFA Çempionlar Liqasının finalından əvvəl 130 milyon avrodan çox qazanc təmin edib. Üçüncü pillədə isə “Arsenal”a (İngiltərə) yer verilib. Premyer Liqa komandasının 117 milyon avro gəlir əldə edəcəyi gözlənilir.

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version