247Press – Azərbaycan Xəbər Portalı Blog Hadisə Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Hadisə

Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Qaradağda qətl törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Qaradağ rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Əliəkbər Səmədlinin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Əliəkbər Səmədlinin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Təqsirləndirilən və vəkilinin çıxışından sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Əliəkbər Səmədli 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Qaradağ rayon prokurorluğunun yaydığı məlumata görə, oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2000-ci il təvəllüdlü Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.

Mənbə

Exit mobile version