Rusiyada 11 il axtarışda olan narkotacir Azərbaycanda saxlanılıb, ekstradisiyası gözlənilir

1 Min Read

Rusiya Federasiyası ərazisinə bir neçə yüz kiloqramdan artıq heroini gətirməkdə təqsirli bilinən Tacikistan vətəndaşı Emomov Taqaymurod Azərbaycanda saxlanılıb.

Bu barədə TASS-a Rusiyanın hüquq-mühafizə orqanları məlumat verib.

Bildirilib ki, Emomov Taqaymurod xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 11 ildən artıq axtarışda olub.

İttiham tərəfinin fikrincə, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində xüsusilə təhlükəli cinayətlərin təşkilində təqsirli bilinir.

Qeyd edilib ki, onun hazırda Rusiya Federasiyasına ekstradisiyası gözlənilir.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version