Rusiyada maşın partladıldı, general həlak oldu – Video – Fotolar

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

247press-dən “Qafqazinfo”-ya istinadən əldə edilən məlumata görə, bu gün səhər saatlarında Moskva vilayətinin Balaşixa şəhərində bir yaşayış binasının həyətində güclü partlayış baş verib.

Rusiya mediasına istinadən bildirilib ki, hadisə nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik həlak olub.

Məlumata əsasən, partlayış saat 10:40 radələrində 59 yaşındakı Moskalik yaşayış binasının girişində park edilmiş “Volkswagen Golf” markalı avtomobilin yanından keçərkən meydana gəlib. Partlayışın gücü onun cəsədini bir neçə metr kənara atıb.

Partlayışın avtomobilin içərisinə yerləşdirilən partlayıcı qurğu səbəbindən baş verdiyi bildirilib. Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş