Rusiyada MMA turnirində kütləvi dava: Tamaşaçılar döyüşçülərə və təhlükəsizlik əməkdaşlarına qarşı

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin ən böyük şəhəri olan Surqutda ötən həftəsonu qarışıq döyüş növləri (MMA) üzrə turnir zamanı insident baş verib.

Məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Yuqra üzrə İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, idmançılar arasında baş verən döyüşlərin birində birbaşa oktaqonun özündə əlbəyaxa dava düşüb, nəticədə döyüşçülərdən biri, hətta hakimə zərbə endirib və hakim yıxılıb.

Bunu görən qəzəbli tamaşaçılar döyüşçüləri ayırmaq üçün rinqə qaçıblar. Lakin turnir təşkilatçıları təhlükəsizlik əməkdaşlarının köməyi ilə rinqə qaçan azarkeşləri uzaqlaşdırmağa çalışıblar ki, bu da vəziyyəti daha da pisləşdirib. Nəticədə oktaqonun yaxınlığında döyüşçülərin, tamaşaçıların və təhlükəsizlik əməkdaşlarının iştirakı ilə əsl kütləvi dava baş verib.

Hadisənin videosu qısa zamanda sosial şəbəkələrdə yayılaraq böyük səs-küy yaradıb.

Polis artıq hadisə ilə bağlı araşdırmalara başlayıb və nəticələrə əsasən, prosessual qərar veriləcək.

Mənbə

Share This Article
Follow:
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version