Nüvə silahı olmasa belə, Rusiyanın xüsusi hərbi əməliyyatı tamamlamaq üçün kifayət qədər qüvvəsi və resursu var.
Məlumatda deyilir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, hətta nüvə silahı olmasa belə, Rusiyanın xüsusi hərbi əməliyyatı başa çatdırmaq üçün kifayət qədər qüvvə və resursları var.
Rusiya lideri ümid edir ki, nüvə silahından istifadəyə ehtiyac qalmayacaq: “Rusiyanı təxribata çəkmək istəyirdilər ki, o, səhv etsin. Xüsusi hərbi əməliyyat zamanı Rusiyanın nüvə silahından istifadə etməsinə ehtiyac olmayıb və bunun tələb olunmayacağına ümid var”.