Şabranda ağır qəza: Vətən müharibəsi qazisi və hamilə həyat yoldaşı həlak oldular

1 Min Read

Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri yaxınlığından keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsində həlak olan digər şəxsin də kimliyi məlum olub.

Məlumata görə, ölən digər şəxs sürücü Akif Zeynalzadənin həyat yoldaşı Dinara Zeynalzadə olub. Onların bir övladları var. D.Zeynalzadə ikinci övladına hamilə olub.

Əlavə edək ki, A.Zeynalzadə Vətən müharibəsi qazisi idi.

Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumatda deyilir ki, “Azsamand” markalı minik avtomobili qarşı hərəkət zolağına çıxaraq iri yük avtomobili ilə toqquşub.

Qəza zamanı sürücü və sərnişin hadisə yerində ölüblər. Ölən sürücünün 2002-ci il təvəllüdlü paytaxt sakini Akif Zeynalzadə olduğu müəyyənləşib. Həlak olan qadın sərnişinin isə şəxsiyyətini hələ ki müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran şəhəri ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumatda “Renault” markalı minik avtomobili və TIR-ın toqquşması nəticəsində 2 nəfər hadisə yerində ölüb.

Qəzaya səbəb kimi minik avtomobilinin qarşı hərəkət zolağına çıxması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version