Sahibkarlar üçün nə edilməlidir? – Onlayn alış-veriş onların gününü qaraldıb

1 Min Read

Onlayn ticarət imkanlarının artması alıcıların işini asanlaşdırsa da, satıcıların bazarını bağlayıb. Ölkədə fəaliyyət göstərən bəzi sahibkarlar virtual rəqiblərinə uduzurlar.

İqtisadçılar onlayn ticarətin ənənəvi alış-verişi geridə qoyma səbəbini vergi rüsumları ilə əlaqələndirirlər.

“Vergi məsələsində hökumət vətəndaşlara humanist yanaşaraq aylıq 300 dollarlıq şəxsi istehlak üçün etdiyi idxalı bütün vergi və rüsumlardan azad edib. Kanalın birinin digəri qarşısında vergi üstünlüyünün olması ənənəvi ticarətə problem yaradır. Nəticədə, sahibkarlar ciddi əziyyət çəkirlər”, – deyə iqtisadçı Xalid Kərimli bildirib.

Maraqlıdır, bu halda yerli sahibkarların aqibəti necə olacaq?

İqtisadçının sözlərinə görə, sahibkarlara vergi güzəştləri tətbiq olunarsa, onlayn alış-verişlə balans yaranar, beləcə bazar rəqabətində ədalət bərpa olunar.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version