Şahzadə Harri ona qarşı sui-qəsd hazırlandığını öyrənib.
Məlumata görə, bu barədə o, müsahibəsində danışıb.
Şahzadə Harri anası şahzadə Diananın ölümünün təsadüf olmadığına dair sui-qəsd nəzəriyyəsinə eyham vurub. Onun sözlərinə görə, bu əhvalatın təkrarlanmasını istəyənlər var.
“Mən hazırda bu məlumatı açıqlamayacağam, lakin bu prosesə cəlb edilən bütün şəxslərin adları mənə məlumdur”, – deyə o əlavə edib.
Şahzadənin sözlərinə görə, məhz hazırlanan sui-qəsd səbəbindən o, mühafizə xidmətindən məhrum edilib.
“Və onlar məni sadəcə olaraq mühafizə xidmətindən məhrum etməklə kifayətlənmədilər, həmçinin dünyanın hər bir hökumətinə siqnal göndərdilər ki, bizi qorumaq lazım deyil”, – deyə Şahzadə Harri iddia edib.