Bu il ümumi təhsil müəssisələrində “Son zəng” iyunun 14-ü keçiriləcək.
Tədbir saat 10-da başlayıb, ən gec saat 12:00-da yekunlaşmalıdır.
Tədbirdə bayağı musiqilər səsləndirilməməli, zorakılığı və zərərli vərdişləri təbliğ edən, siyasi, cinsi, dini və irqi ayrı-seçkili məzmunlu ifadələr işlədilməməlidir.
Təlimata əsasən “Son zəng” tədbiri müəssisələrdə tədris prosesinə mane olmadan keçirilməlidir.