247press-in məlumatına görə, Sumqayıt şəhərində 50 yaşlı kişinin meyiti aşkarlanıb. Hadisə şəhərin 4-cü mikrorayonunda baş verib. 1971-ci il təvəllüdlü Həsən Xıdır oğlu Şahgəldiyevin cəsədi yaşadığı evdə tapılıb. Meyit aidiyyəti üzrə təhvil verilib, faktla bağlı araşdırma davam etdirilir.
Mənbə
Sumqayıtda 50 yaşlı kişinin meyiti tapılıb
