Suraxanı məktəbliləri “Ədibin Evi”ndə xalçaçılıq irsimizlə tanış olublar

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

Paytaxtda keçirilən Beynəlxalq Xalça Festivalının ab-havasına məktəblilər də büründülər. Suraxanıda yerləşən 87 saylı məktəbin müəllim və şagird heyəti İçərişəhərdəki “Ədibin Evi”ndə təşkil edilən “Azərbaycan rəngləri” seminarında iştirak etdilər.

Məlumatda deyilir ki, “Balakhani Operating Company LTD”-nin dəstəyi ilə həyata keçirilən “Məktəblilər Ədibin Evində” layihəsi hasilat şirkətinin fəaliyyət göstərdiyi Sabunçu və Suraxanı rayonu ərazilərindəki məktəblilərlə “Ədibin Evi”ndə azərbaycançılıq ideologiyasını müxtəlif aspektlərdən müzakirə edən silsilə görüşləri nəzərdə tutur.

Şagirdlər görkəmli Azərbaycan yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın Bakıda ilk ünvanı olan “Ədibin Evi”ndə muzey güşəsi ilə tanış oldular. Bu ünvanda yazılan “Bir Gəncin Manifesti” romanında xalçanın milli kimlik atributu kimi təsvirini müzakirə etdilər.

Daha sonra onlar, “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyevanın təqdimatında Azərbaycan xalçaçılıq sənətində istifadə edilən bir-sıra naxışlar və onların mənası barədə öyrəndilər.

Məktəblilər kətan üzərində naxışı bəzəməklə öz kimlik rənglərini seçib xalça irsimizlə bağlı yaradıcı çalışmada iştirak etdilər.

Mənbə

Share This Article
Follow:
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version