”Sürücülər avtomobillərində bu kilometr həddinə diqqət etməlidir” – Ekspert rəyi

Fidan Məmmədli
1 Min Read

Müasir avtomobil mühərrikləri orta hesabla 200 min kilometr məsafəni heç bir əsaslı təmirə ehtiyac olmadan qət edə bilir. 

Bu barədə tanınmış rusiyalı avtomobil eksperti İqor Morjaretto bildirib.

“Minik avtomobillərinin mühərrikləri hazırda əsaslı təmir görmədən 200 min kilometrə qədər işləyə bilir. Əlbəttə, bu həddi keçəndən sonra da mühərrik işləməyə davam edir. Amma bu mərhələdə avtomobili satıb texnologiya, rahatlıq və təhlükəsizlik baxımından daha üstün yeni model almaq daha sərfəlidir”, – deyə Morjaretto izah edib.

Ekspert əlavə edib ki, keçmişdə avtomobil istehsalçıları daha uzunömürlü mühərriklər hazırlayırdılar. “Əvvəllər mühərriklər bir milyon kilometr həddini belə keçə bilirdi. İndi isə bu nadir hal sayılır”, – deyə o bildirib.

Mənbə

    Share This Article
    Şərh edilməmiş