May 1, 2025
Mətbuat pr 32, Bakı
“Təyyarə yanacaq doldurmaq üçün Pakistana eniş edib” 
							
 - Türkiyə MN
Xəbər

“Təyyarə yanacaq doldurmaq üçün Pakistana eniş edib” – Türkiyə MN

Türkiyə Milli Müdafiə Nazirliyi Pakistana silah göndərilməsi barədə iddiaları təkzib edib.

Məlumata görə, bu barədə nazirliyin sözçüsü Zeki Aktürk keçirdiyi brifinqdə danışıb.

“Ölkəmizdən yola düşən nəqliyyat təyyarəsi yanacaq doldurmaq üçün Pakistana eniş edib sonra isə öz marşrutu üzrə hərəkətini davam etdirib. Pakistana altı təyyarə ilə silah göndərdiyimizlə bağlı deyilənlər həqiqət deyil”, – Z.Aktürk bildirib.

Qurum rəsmisi bildirib ki, Türkiyə hazırda regiona böyük təhdid yaradan Pakistan-Hindistan gərginliyini narahatlıqla izləyir və Cənubi Asiyada qeyri-sabitlik yaradan hər cür təxribata qarşı çıxmağa davam edəcək.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video