Tehranla Vaşinqton arasında danışıqlar uğursuz olarsa, İsrail İrana dərhal hücum etməyə hazırlaşır

1 Min Read

İsrail ordusu Tehran və Vaşinqton arasında danışıqların nəticəsiz qalması halında İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşır.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə “Axios” nəşri iki mənbəyə istinadən xəbər verib.

Bildirilib ki, İsrail kəşfiyyat orqanlarının danışıqların nəticəsi ilə bağlı qiymətləndirməsi son bir neçə gündə dəyişib.

Qeyd olunub ki, əvvəllər davam edən danışıqların razılaşma ilə yekunlaşacağını düşünən bu qurumlar indi danışıqların uğursuzluğa düçar olması və iflasa uğraması ehtimalının daha yüksək olduğuna inanırlar.

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version