Toral Bayramov Avropa Liqasının ən yaxşı 10 qolundan birinin müəllifi oldu

Fidan Məmmədli
1 Min Read

“Qarabağ” komandasının futbolçusu Toral Bayramovun “Budyo Qlimt” klubunun qapısına vurduğu qol UEFA Avropa Liqasının 2024/2025 mövsümünün ən yaxşı 10 qolundan biri seçilib.

UEFA-nın texniki müşahidə qrupunun hazırladığı 10 ən yaxşı qol siyahısında birinci yeri “Qalatasaray”ın yarımmüdafiəçisi Yunus Akgün tutur.

Onun evdə komandasının 3:2 hesabı ilə qalib gəldiyi “Tottenhem” matçında cərimə meydançası kənarından vurduğu qol birinci yerə layiq görülüb.

Millimizin və “Qarabağ”ın oyunçusu Toral Bayramovun Norveçdə rəqib qapısından uzaq məsafədən keçirdiyi qol isə yeddinci yerə layiq görülüb.

Verilən məlumata görə, mövsümün ən yaxşı 10 qolunun müəllifləri:

1. Yunus Akgün (“Qalatasaray” – “Tottenhem”)

2. Rasmus Hoylund (“Mançester Yunayted” – Budyo Qlimt)

3. Niko Uilyams (“Atletik Bilbao” – “Roma”)

4. Pedro Rodriges (“Ayaks” – “Latsio”)

5. Adama Traore (“Ferensvaroş” – “AZ Alkmaar”)

6. Samuel Omorodion (“Roma” – “Porto”)

7. Toral Bayramov (“Budyo Qlimt” – “Qarabağ”)

8. Meyson Maunt (“Mançester Yunayted” – “Atletik Bilbao”)

9. Kobbi Maynu (“Mançester Yunayted” – “Lion”)

10. Qustav İsaksen (“Viktoriya Plzen” – “Latsio”)

Mənbə

    Share This Article
    Şərh edilməmiş