May 1, 2025
Mətbuat pr 32, Bakı
Toyu zəhərə dönənlər...
Cəmiyyət

Toyu zəhərə dönənlər…

Son aylar müxtəlif iaşə obyektlərində, şadlıq saraylarında kütləvi zəhərlənmələr və saxta içkilərin verilməsi xəbərləri ilə tez-tez rastlaşırıq. Maraqlıdır ki, 2-3 gün gündəm yaradan bu məlumatlar sonradan sanki adiləşir və həmin restoranlar yenidən “qurban”lara açılır. Bizlər isə nə yeyib-içdiyimizdən, daha doğrusu, nə ilə zəhərləndiyimizdən gec xəbər tuturuq.

Aprelin 18-də paytaxtın Xətai rayonunda yerləşən bir şadlıq sarayında baş verən oxşar hadisədə müğənnilər də daxil olmaqla, 50-dən çox şəxs zəhərlənərək tibbi yardım aldı. Həmin hadisədən 1 gün sonra şadlıq sarayında yenidən kütləvi tədbirin keçirilməsi barədə görüntülər yayıldı. Məlum oldu ki, onlarla insanın zəhərləndiyi məkanın fəaliyyəti məhdudlaşdırılmayıb. Bir neçə gün sonra isə bir dövlət qurumu müvafiq obyektlərin normadan artıq tüstü buraxmasına dair məlumat yayıb.

Şadlıq sarayının kütləvi zəhərlənməyə baxmayaraq fəaliyyətini davam etdirməsi qida təhlükəsizliyi ilə bağlı məsələnin aktuallığını göstərir.

Paytaxtda fəaliyyət göstərən digər bahalı şadlıq saraylarında, eləcə də rayonlardakı bu cür çoxsaylı iaşə obyektlərində zəhərlənmələrdən sonra fəaliyyətlərini adi qaydada davam etmələri və aparılmış araşdırmaların nəticələrinin açıqlanmaması narahatlıq doğurur.

Məsələ ondadır ki, restoran və şadlıq saraylarında baş verən kütləvi zəhərlənmələrdə ən böyük travmanı məclisi təşkil edən şəxslər alır. Toy sahibi məclisini yarımçıq kəsməli, qonaqlarının ardınca xəstəxanalara getməli və hüquq-mühafizə orqanlarına şikayət ərizələri yazmalıdır. Hətta həmin məclislərdə qəbul etdiyi qidadan həyatını itirənlər də ola bilər.

Bəzən zəhərlənmə faktı olmur, amma bahalı şadlıq evlərində saxta spirtli içkilər təqdim oluna bilir. Şanslı olsaq, bunu müəyyən edirik. Əks halda xəstəxanalıq oluruq. Bir neçə həftə əvvəl müştərilərə verilən bir arağın saxta olması barədə rəsmi məlumat buna əyani sübutdur.

Bu qədər hadisənin fonunda qida zəhərlənmələrindən zərər çəkənlərin, eləcə də digər istehlakçıların hüquqlarını qorumadıqlarını görürük. Təəssüf ki, bu amil də oxşar hadisələrin davam etməsinə şərait yaradır. Zəhərlənmiş şəxslərin onlara dəymiş zərərə görə məhkəmələrə müraciət etməsi faktı demək olar ki, yoxdur.

Hüquqşünas bildirir ki, zəhərlənmiş şəxs, əgər yemək müəssisəyə məxsus mətbəxdə hazırlanıbsa, məhkəməyə şikayət edə bilər. Əlavə olaraq, məhsulu təmin edən tədarükçüdən də zərərin ödənilməsini tələb edə bilər.

Qida təhlükəsizliyi və sanitariya nəzarəti müvafiq xidmətlər tərəfindən həyata keçirilir. Əgər zəhərlənmə kütləvi və ya ölümcül nəticəlidirsə, cinayət işi başlana bilər. Ağır hallarda hüquqi məsuliyyət məsələləri də gündəmə gələ bilər.

Ölkəmizdə son illərdə baş vermiş qida zəhərlənmələrini təsnifatlaşdırsaq, köhnə usullarla hazırlanmış qidalar, keyfiyyətsiz spirtli içkilər, dönər zəhərlənmələri əsas növləri təşkil edir. Lakin müvafiq qurumların bu hadisələrlə bağlı profilaktik işlərinin az olması narahatlıq doğurur.

Qida zəhərlənmələrinin statistikası, zəhərlənmənin baş verdiyi obyektlərin yenidən açılması barədə suallar layihələrlə bağlı müvafiq qurumlara ünvanlanmışdır. Nəticə olaraq, qida zəhərlənmələri yaz-yay aylarında daha çox baş verir.

Bu cür halların qarşısının alınması üçün istehlakçıların da diqqətli olması və hər hansı şübhəli hal barədə məlumat vermələri tövsiyə edilir.

Mənbə

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video