Tramp ABŞ-ın müdafiə büdcəsini azaltmaq niyyətində olmadığını bildirib

Fidan Məmmədli
1 Min Read

 

ABŞ prezidenti Donald Tramp ölkənin müdafiə büdcəsini ixtisar etmək niyyətində deyil

 Tramp bunu ABŞ Hərbi Akademiyasının məzunlarına müraciət edərkən deyib.

“Biz yenicə hərbi büdcəni 1 trilyon dollara çatdırmışıq. Bəzi insanlara maraqlıdır ki, mən bu büdcəni azaldacağammı. Demək istəyirəm ki, mən onu heç 10 sent də azaltmayacağam. Azaltmaq mümkün olan başqa şeylər var”, – Tramp deyib.

Qeyd edək ki, mayın əvvəlində Ağ Ev 2026-cı maliyyə ili (1 oktyabr 2025-ci ildən 30 sentyabr 2026-cı il) üçün ABŞ büdcəsinin layihəsini açıqlayıb. Büdcə, qeyri-müdafiə xərclərinin 22,6% (təxminən 163 milyard dollar) azaldılmasını nəzərdə tutur.

Mənbə

    Share This Article
    Şərh edilməmiş