247press-in “APA”-ya istinadən əldə etdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp, ölkəsinin Ukrayna üzrə danışıqlar prosesindən geri çəkilməyəcəyinə söz verib. Bu məlumatı Estoniya prezidenti Alar Karis bildirib.
Karis, Roma Papası Fransiskin dəfn mərasimində ABŞ prezidenti ilə görüşdüyünü və mərasimdən sonra söhbət etdiyini qeyd edib. “Sülh prosesinin necə getdiyini soruşdum və ondan prosesin davam etməsini təmin etmək üçün hər şeyi etməsini, ABŞ-ın bu missiyadan geri çəkilməməsini xahiş etdim. O, bunu edəcəyinə söz verdi”, – Estoniya prezidenti vurğulayıb.
Mənbə