Tramp administrasiyası gömrük rüsumlarını saxlamaq üçün “B planı” hazırlayır

1 Min Read

ABŞ Prezidenti Donald Trampın administrasiyası gömrük rüsumlarının məhkəmə qərarından asılı olmayaraq saxlanılmasına imkan verəcək alternativ strategiya – “B planı” üzərində işləyir.

Bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, yeni strategiya ABŞ-ın 1974-cü il Ticarət Qanununun bəzi müddəalarına əsaslanır.

Həmin müddəalara əsasən, Tramp digər ölkələrlə ticarət balansındakı uyğunsuzluqlarla mübarizə bəhanəsi ilə 150 gün müddətinə 15%-ə qədər gömrük rüsumları tətbiq edə bilər.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version