ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə Fars körfəzi ölkələrinin liderlərinin iştirakı ilə Ər-Riyadda yüksək səviyyəli sammit keçirməyi planlaşdırır.
Məlumata görə, bu barədə ABŞ və ərəb rəsmilərinə istinadən məlumat yayılıb.
Məlumatda bildirilir ki, Tramp may ayının ortalarında Səudiyyə Ərəbistanına səfəri çərçivəsində region dövlətlərinin liderləri ilə görüş keçirəcək. Plana əsasən, o, 13 may tarixində Ər-Riyadda olacaq və bir sıra ikitərəfli görüşlər aparacaq. Sammitin isə 14 may səhər saatlarında baş tutacağı gözlənilir.
Bu görüş Trampa ABŞ-ın Yaxın Şərqdəki rolu ilə bağlı baxışlarını təqdim etmək, həmçinin regionla bağlı siyasi prioritetlərini açıqlamaq imkanı verəcək.