Tramp kriptovalyuta ticarəti vasitəsilə 300 milyon dollardan çox vəsait əldə edib

1 Min Read

 

ABŞ prezidenti Donald Tramp və müttəfiqləri yanvar ayında TRUMP kriptovalyutasının istifadəyə verilməsindən sonra 300 milyon dollardan çox gəlir əldə ediblər.

Bununla bağlı “Newsmax” telekanalı məlumat yayıb.

“Yanvar ayında TRUMP tokeninin istifadəyə verilməsindən bəri ticarət fəaliyyəti prezident Donald Tramp və onun müttəfiqlərinə 324,5 milyon dollar qazandırıb”, – telekanal açıqlayıb bildirib.

Bu məbləğin 900 min dollarının son iki gündə daxil olduğu bildirilir.

Kriptovalyutanın ən yaxşı 200 sahibinin Vaşinqtonda Trampın özü ilə şam yeməyinə dəvət ediləcəyi elanından sonra sikkənin bazar dəyəri 50% artaraq 2,7 milyard dollara çatıb.

Qeyd edək ki, mayın 22-də Vaşinqtondakı Tramp Qolf Klubunda prezidentlə fərdi şam yeməyi keçiriləcək.

Siyahıda reytinqə sahib 25 lideri dövlət başçısı ilə VİP görüş və ertəsi gün Ağ Evə ekskursiya gözləyir.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version