Trampla jurnalist arasında mübahisə – “Siz dəhşətlisiniz” – Video

1 Min Read

ABŞ Prezidenti Donald Trampla jurnalist arasında gərginlik yaşanıb.

Hadisə Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa ilə Ağ Evdə keçirilən görüş zamanı baş verib.

Belə ki, Tramp görüş zamanı Ramafosa ilə CAR-da ağdərili fermerlərə qarşı soyqırımı ittihamlarını müzakirə edib və ehtimal olunur ki, bu iddiaları sübut edən videolar nümayiş etdirib.

Bundan sonra jurnalistlərə sual verməyə icazə verilib. Bir müxbir isə Qətər təyyarəsi ilə bağlı sual ünvanlayıb. Amerika lideri jurnalistin Qətərin hədiyyə etdiyi təyyarə ilə bağlı sualına qəzəblənib.

ABŞ lideri müxbirə təyyarə ilə bağlı sual verməkdənsə, Cənubi Afrikada ağdərili fermerlərin soyqırımını araşdırmağı tövsiyə edib:

“Bilirsiniz, sizin buradan çıxmağınızın vaxtıdır. Bunun Qətər təyyarəsi ilə nə əlaqəsi var? Biz bir çox başqa məsələlərdən danışırıq və siz sizin indicə gördüklərinizlə bağlı mövzudan yayınmağa çalışırsınız. Siz dəhşətli bir müxbirsiniz”.

Görüntüləri təqdim edirik:

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version