Ukraynanın 1991-ci il sərhədlərinə qayıtmasına imkan verilməyəcək

admin
Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
1 Min Read

“Rusiya heç bir şəkildə Ukraynanın 1991-ci ildə müəyyənləşdirilən sərhədlərinə qayıtmasına imkan verməyəcək”.

Məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin “Telegram” kanalında yerləşdirilən bəyanatında bildirilib.

Sənəddə 1 may, səhər saatlarında Xerson vilayətində yerləşən bazara hücum pislənilib. Bu addım həm də millətçilərin dinc əhaliyə qarşı cinayəti kimi dəyərləndirilib.

Rusiya XİN beynəlxalq ictimaiyyəti bu hadisəni qətiyyətlə qınamağa çağırıb.

Qeyd edək ki, sözügedən hadisə nəticəsində 7 nəfər dinc sakinin həlak olduğu, 20-dən çoxunun isə yaralandığı məlumatda deyilir ki, açıqlanıb.

Mənbə

    Share This Article
    Follow:
    Gündəlik son xəbərlərlə sizi təmin etmək əsas piroritetdir bizim üçün.
    Şərh edilməmiş