Ukraynanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Sviridenko ABŞ-la birgə investisiya fondunun yaradılmasını nəzərdə tutan faydalı qazıntılara dair sazişin imzalandığını təsdiqləyib.
Məlumata görə, o, bu haqda “Facebook” hesabında paylaşım edib.
Sazişə əsasən, Ukrayna yeni icarə haqqı və yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə olunan bütün gəlirin 50%-ni bu fonda verəcək.
ABŞ və Ukrayna fondun idarə olunmasında bərabər səsə sahib olacaqlar.