Veteran cüdoçumuz Avropa çempionu oldu

1 Min Read

Latviyanın paytaxtı Riqada cüdo üzrə veteranlar arasında Avropa çempionatı start götürüb. 

İlk yarış günündə milli komandamız aktivinə bir qızıl medal yazdırıb.

-90 kq çəki dərəcəsində çıxış edən Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək karyerasında 11-ci dəfə Avropa çempionu titulunu qazanıb. M-8 yaş kateqoriyasında tatamiyə çıxan təmsilçimiz finalda ukraynalı Oleksandr Ranqayevi ipponla məğlub edib. Fərhad Rəcəbli həmçinin 12 qat dünya çempionudur.

Qeyd edək ki, Azərbaycan yarışda 30 idmançı ilə təmsil olunur. Qitə turnirində 37 ölkədən 855 cüdoçu mübarizə aparır.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version