Yaxın vaxtlarda öləcəyini deyən məşhur müğənni qəfil vəfat etdi

1 Min Read

“Highlife” janrının tanınmış qanalı ifaçısı Dada KD (Dada Kwaku Duah) dünyasını dəyişib. Onun vəfatı əvvəllər öz ölümünü ehtimal etdiyi paylaşımı yenidən gündəmə gətirib.

2020-ci ildə etdiyi paylaşım mərhum sənətçilər Bişop Bernard Nyarko və Kofi B-yə həsr olunmuşdu. Həmin vaxt Dada KD onlara xitabən – “Tezliklə sizə qoşulacağam”, – deyə paylaşım etmişdi.

İfaçının meneceri Kinq Pinin sözlərinə görə, müğənni qəfildən özünü pis hiss edib, halsızlaşıb və danışa bilməyib. O, dərhal xəstəxanaya aparılsa da, həkimlər həyatını xilas edə bilməyiblər, ifaçı dünyasını dəyişib.

Məlumata görə, Dada KD Londonda mayın 25-i üçün nəzərdə tutulan konsertə hazırlaşırmış.

Qeyd edək ki, ifaçı “Odo Mu Anigye”, “Ene Me Nye”, “Yebeye Yen Ho Fi”, “So Mu Gye”, “Obiaa Se Eye” kimi məşhur mahnıları ilə tanınırdı.

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version