Paytaxtın Sabunçu rayonu, Aeroport şosesində ciddi bir qəza baş verib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu hadisəni açıqlayıb.
Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov, paytaxt yollarında nəqliyyatın ləngiməsinin və sürücülərin əlavə vaxt itkisi ilə qarşılaşmasının əsas səbəblərindən birinin yollarda baş verən qəzalar olduğunu vurğulayıb. Xüsusilə maddi zərərlə nəticələnən qəzalar yolların tıxacına səbəb olur.
O da qeyd edib ki, bu qəza nəticəsində mərkəz istiqamətində təxminən 1 saat davam edən nəqliyyat sıxlığı yaranıb.
Mənbə