247Press – Azərbaycan Xəbər Portalı Blog Hadisə Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançıların həbs müddəti uzadılıb
Hadisə

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançıların həbs müddəti uzadılıb

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançıların həbs müddəti uzadılıb

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Məlumata görə, Xətai rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı təqdimata baxılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin həbs-qətimkan tədbirinin müddətini iyunun 5-dək uzadıb.

***

16.01

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.

Məlumatda deyilir ki, bu gün Xətai rayon Məhkəməsində keçirilən prosesdə Elnur Həmidovun barəsində olan həbs-qətimkan tədbirinin müddəti iyunun 5-dək uzadılıb.

Digər şəxslərlə bağlı təqdimatlara baxılacaq.

Qeyd edək ki, yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib.

Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.

Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.

Xətai rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Mənbə

Exit mobile version