247Press – Azərbaycan Xəbər Portalı Blog Digər ölkələr Çexiyada hepatit A epidemiyası sürətlə yayılmağa başlayıb
Digər ölkələr

Çexiyada hepatit A epidemiyası sürətlə yayılmağa başlayıb

Çexiyada hepatit A epidemiyası sürətlə yayılmağa başlayıb

Çexiyada hepatit A epidemiyası sürətlə yayılmağa başlayıb. “Novinky” xəbər portalının məlumatına görə, Dövlət Səhiyyə İnstitutuna istinadən, yanvardan aprelin 28-dək 424 xəstəlik halı qeydə alınıb, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə on dəfə çoxdur. Hepatit A, altı insanın ölümünə səbəb olub.

Xəstəlik, əsasən pis sanitariya şəraitində yaşayan və gigiyena tələblərinə riayət etməyən vətəndaşları təsir edir. 2024-cü ildə 636 yoluxma halı qeydə alınıb, xəstəlik xüsusilə yaşlılar və zəif immuniteti olan insanlar üçün ağır keçilir. Həkimlər aşılanmağı və şəxsi gigiyena qaydalarına riayət etməyi tövsiyə edir. Virus dayanıqlıdır, inkubasiya dövrü 50 günədək davam edir, əksər hallarda isə simptomları olmadan keçir.

Mənbə

Exit mobile version