Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti cüzi azalıb. Məlumatlara görə, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,64% azalıb və 3 312,3 ABŞ dollarına bərabər olub.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti 1,73% azalaraq 32,99 ABŞ dollarına düşüb.
Mənbə