Ərinin boğub Kürə atdığı Nuranənin 16 yaşı var imiş – Hadisə yerindən GÖRÜNTÜLƏR

3 Min Read

“Hər ailədə söz-söhbət olur. Onlar keçən ildən birlikdə yaşayırdılar, sonradan ayrıldılar. Uşaqları yox idi”.
Bu sözləri jurnalistlərə açıqlamasında saxlanılan Seyidrəsul Talıbzadənin atası bildirib.
Onun əmisi isə deyib ki, onu hadisə yerinə zəng edərək çağırıblar:
“Gəldim, dedilər ki, belə bir hadisə baş verib. Allah heç kimə göstərməsin”, – deyə o əlavə edib.
Hadisə yerindən görüntüləri təqdim edirik:







Sabirabadda qadını öldürərək Kürə atan şəxs barədə cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumatda bildirilib ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı, 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

Sabirabad rayonunda baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Məlumatda deyilir ki, hadisəyə səbəb ər və arvad arasında yaranan münaqişə olub.

Məlumata görə, 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə bir il əvvəl evlənib. Lakin onların arasında rəsmi nikah olmayıb. Cütlük S.Talıbzadənin ailə üzvləri tərəfindən təşkil edilən dini kəbinlə yaşayırmış.

Bir neçə gün əvvəl qadın rəsmi nikaha daxil olmaq istəyib və bu barədə həyat yoldaşına deyib. Amma S.Talıbzadə rəsmi nikaha razı olmayıb. Ər-arvadın mübahisəsi bir neçə gün davam edib və bu gün baş verən münaqişə nəticəsində S.Talıbzadə həyat yoldaşını döyərək boğub. Nəticədə, qadın hadisə yerində ölüb.

Onun öldüyünü görən əri izi itirmək üçün meyiti Kür çayına atıb və qadının intihar etdiyi barədə məlumat yaymaq istəyib. S.Talıbzadə bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Lakin qadının ailə üzvləri onun qətlə yetirildiyini bildirərək, S.Talıbzadənin əməllərini ifşa ediblər.

Bundan sonra S.Talıbzadə saxlanılıb və törətdiyi cinayəti etiraf edib.

Sabirabad rayonunda qətl hadisəsi baş verib.

Məlumatda qeyd edilir ki, hadisə rayonun Gədəcühür kəndində baş verib.

Kənd sakini 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə 2006-cı il təvəllüdlü həyat yoldaşını qətlə yetirib. O, arvadını öldürəndən sonra Kür çayına atıb.

Keçirilən axtarışlar nəticəsində qadının meyiti tapılaraq sudan çıxarılıb.

Faktla bağlı cinayət işi başlanıb və S.Talıbzadə şübhəli şəxs qismində saxlanılıb.

 

Mənbə

Share This Article
Şərh edilməmiş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Recipe Rating




Exit mobile version