Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili Kəlbəcər rayon sakini 1961-ci il təvəllüdlü İ.Mirzəyevi vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.