247Press – Azərbaycan Xəbər Portalı Blog İnfrastruktur Süni intellekt strategiyası ilə əlaqədar Layihə İdarəetməsi Modulu yaradılacaq
İnfrastruktur

Süni intellekt strategiyası ilə əlaqədar Layihə İdarəetməsi Modulu yaradılacaq

Süni intellekt strategiyası ilə əlaqədar Layihə İdarəetməsi Modulu yaradılacaq

Süni intellekt strategiyası ilə əlaqədar Layihə İdarəetməsi Modulu yaradılacaq.

Nazirlər Kabineti bu barədə sərəncam verib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt strategiyasının icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə 6 ay müddətində mövcud rəqəmsal resurslar əsasında modulu formalaşdıracaq. Növbəti ildən Strategiyanın monitorinqi və qiymətləndirilməsi həmin Modul üzərindən həyata keçiriləcək. Modulda Strategiyada nəzərdə tutulmuş tədbirlərlə bağlı icraçı orqanlar, layihələrin icra müddətləri, maliyyə və texnik-iqtisadi əsaslandırmalar, smeta sənədləri, maliyyə vəsaitinin ayrılması, satınalma müqavilələrinin bağlanılması barədə məlumatlar təsnifatlandırılacaq.

Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatlar ildə 1 dəfə, hər il fevralın 28-dək müvafiq orqana təqdim olunmalıdır. Eyni zamanda, Modulun yaradılması və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin monitorinqi ilə bağlı xərclərin növbəti illər üçün büdcədə nəzərə alınması məqsədilə tədbirlər görüləcək.

Mənbə

Exit mobile version